Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var
22:10 / 20.07.2021
965
Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.