Hacı Nuran hamını aldatdığı deyilən fotodan danışdı

Hacı Nuran hamını aldatdığı deyilən fotodan danışdı
Teleaparıcı Hacı Nuranın uşaqla olan fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər kəs onun qucağında olan körpənin Azərbaycanın on milyonuncu sakini olduğunu yazsa da, bu xəbərin yalan olduğu üzə çıxıb.

Hacı Nuran Oxu.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

"Həmin gecə bu xəbəri oxudum. Uşaqla olan bir şəklim var idi, onu öz "İnstagram” səhifəmdə paylaşmaq qərarına gəldim. Səhər gördüm ki, bütün səhifələr mənim uşaqla olan şəklimi paylaşıb.

Heç kəs də zəng vurub məndən "bu həmin uşaqdırmı” soruşmayıb. Doğulan on milyonuncu vətəndaş qızdır, mənim qucağımda olan uşaq isə oğlandır. Hər kəsdən xahiş edirəm, dəqiqləşdirilməmiş məlumatı yaymayın”, - deyə Hacı Nuran bildirib.

Xatırladaq ki, Azərbaycanın on milyonuncu sakini 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində doğulub.

Daha sonra Hacı Nuran öz sosial şəbəkə hesabında bir uşaqla fotosunu paylaşıb. KİV onun qucağındakı uşağı Azərbaycanın on milyonuncu vətəndaşı adı ilə tirajlayıb.

Daha sonra məlum olub ki, şəkildəki uşaq sözügedən uşaq deyil. Hamı Hacı Nuranı insanları aldatmaqda ittiham edib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...