Hacı Mazan haqda son xəbər

Hacı Mazan haqda son xəbər
 
Hacı Mazan (Ramazan Əliyev) yaxın günlərdə xəstəxanadan çıxacaq.

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bunu R.Əliyevin həkimi Cəfər Nəsirli deyib. O bildirib ki, Ramazan Zeynalovun vəziyyəti normaldır: "Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında müalicəsi davam edir. Yenidən əməliyyat olunması hələ ki, planlaşdırılmayıb. Yaraları sağalıb. Yəqin ki, iki-üç günə evə buraxılacaq”.

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb.

Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...