Hacamatın insan sağlamlığına MÖCÜZƏVİ FAYDALARI

Hacamatın insan sağlamlığına MÖCÜZƏVİ FAYDALARI
Toksinlərin bədəndən vakum yolu ilə çölə atılması hacamat (Hacamat ərəbcədə حجامة, Hijamah, hajamat - əmmək, sormaq mənasını verir) adlanır. Hacamat insan orqanizmi üçün çox faydalı və alternativ müalicə üsuludur.

Sfera.az bu yazıda oxucuları hacamatın faydaları ilə tanış edir.

Alternativ müalicə üsulu kimi tanınan hacamat sözünün mənası sormaq, normal formasına qaytarmaq deməkdir. Müntəzəm olaraq həyata keçirildikdə sinusit, baş ağrısı kimi xəstəliklərə yaxşı təsir edir. Bədəndə yığılan zərərli qanlar nəticəsində əmələ gələn baş ağrısını xüsusi vakuumlu bankaların köməyi ilə aradan qaldırmaq mümkündür.

Qadın xəstəliklərində təsirlidir

Hacamat qadın xəstəliklərində də olduqca təsirlidir. Ekspertlər bildirib ki, yumurtalıq və uşaqlıq yolu xəstəliklərinin müalicəsində bəzən hacamat tətbiq edilir.

Bel, diz və kürək ağrılarını aradan qaldırır

Ayaq, kürək və ya belinizdə ağrılar varsa, bunun üçün hacamat müalicəsindən istifadə edə bilərsiniz. Xüsusilə şiddətli ağrılar üzərindəki müsbət təsiri görmək üçün hacamatı müntəzəm şəkildə tətbiq etmək zəruridir.

Ürək və damar xəstəliklərinə qarşı təsirli

İnfarkt və müxtəlif ürək xəstəliklərinin müalicəsində təsiri təsdiq olunub.

Cinsi zəifliyi aradan qaldırır

Hacamat cinsi zəiflik və cinsi istəksizlik kimi problemlərin müalicəsində də olduqca effektlidir.

Beyin inkişafına təsir edir

Beyin funksiyalarının inkişafına yardım göstərən hacamat müalicəsi beyin daxilindəki kanallar arasında əlaqə qurur. Hacamatın faydalarından istifadə etməklə beyninizin funksiyalarından daha çox faydalana bilərsiniz.

İmmunitet sistemini gücləndirir

Soyuq havalarda tez-tez xəstələnirsinizsə, bunun başlıca səbəbi immunitet sisteminin zəif olmasıdır. Hacamat müalicəsi immunitet sistemini gücləndirir və bədəni daha gümrah edir.

Hacamatın digər faydaları:

Konsentrasiyanı artırır;

Sızanaqları aradan qaldırır;

Bədəndəki kortizon səviyyəsini yüksəldir;

Yaddaşı gücləndirir;

Ödəmi azaldır;

Bədəndəki toksinləri təmizləyir;

Bağırsaq infeksiyalarının aradan qaldırılmasında təsirlidir;

Revmatizmə yaxşı təsir edir;

Şiş və kistlərin yaranmasına mane olur,

Uşaqlarda beyin inkişafı üçün təsirlidir. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Koronavirusla bağlı daha bir sirrin üstü açıldı - Əslində ölüm səbəbi...

  Ötən ilin noyabr ayından etibarən sürətlə dünyaya yayılan, 11 milyona yaxın insana yoluxan, yarım milyondan çox insanın ölümünə səbəb olan yeni növ koro...

Koronavirusu YOX EDƏN DƏRMANIN satışı başladı - SEVİNDİRİCİ XƏBƏR

Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb. Sfera.az-ın məlumatına görə, bu dərman preparatları ilk növ...

Azərbaycanlı həkim virusun dərmanını tapdı - DÜNYA XİLAS OLDU - VİDEO

 Azərbaycanlı həkim bütün dünyanı virusdan xilas edib. Sfera.az xəbər verir ki, məhz onun üstün zəkası sayəsində milyonlarla insan ölümdən xilas olub...

"Hell", "Red Bull" və "Bizon" koronavirus təhlükəsini artırır" — Baş infeksionist həyəcan TƏBİLİ ÇALDI

 Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev enerji içkiləri ilə bağlı həyacan təbili çalıb.   O, "Ölkə.Az”a açıqlamasında bildirib ki, s...

Çarəsi tapıldı: Koronavirusu məhv etdilər – Dünyanı xilas edən üsul

İsveçin və Cənubi Afrika Respublikasının elm adamları koronavirusun ikinci dalğasının qarşısının alınması üçün əhəmiyyətli araşdırma aparıblar. Sfera.az x...

Azərbaycanlı həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

  "Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik ol...