No Image
No Image

“Haber Global”: 28 il sonra Şuşadakı doğma evinə qayıdan sakinin tapdığı yeganə əşya - VİDEO

“Haber Global”: 28 il sonra Şuşadakı doğma evinə qayıdan sakinin tapdığı yeganə əşya - VİDEO
"28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa indi yaralarını sarıyır. Şuşalılar isə evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir”.

Sfera.az xəbər verir ki, bu sözlər "Haber Global”ın 28 il sonra öz evinə geri dönən şuşalı, 61 yaşlı Aydın Qasımov barədə süjetində qeyd olunub.

Aydın Qasımov doğulduğu, boya-başa çatdığı, ailə qurduğu, övladlarının doğulduğu Şuşa şəhərinə 28 il sonra geri qayıdıb.

"Bu günə çox şükür edirəm ki, artıq yenə də Şuşadayıq. Bu gün mən öz evimdəyəm”, - deyə A.Qasımov bildirib.

Şuşada olmağın sevincini yaşayan A.Qasımov şəhərin işğalı zamanı yaşadıqlarından da bəhs edib:

"Bir axşam evə gəldim, gecə şəhəri raketlə vurmağa başladılar. Uşaqlar əllərimdən tutmuşdular, ilk dəfə həyatımda uşaqlara görə qorxudan dizlərimin əsdiyini hiss etdim. Bir anlıq özümü itirdim”.

A.Qasımov Şuşada vaxtilə yaşadığı evi də ziyarət edib. Lakin illər sonra bir zamanlar onun kiçik oğlunun dünyaya gəldiyi evdə onu sadəcə quru divarlar qarşılayıb. Şuşa sakini qeyd edib ki, mənzildə yalnız vaxtilə zivəni saxlamaq üçün hazırladığı dəmir indiyə qədər qalıb.

Ətraflı "Haber Global”ın süjetində:

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yanğınsöndürənlərimiz Türkiyəyə çatdı

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğya...

Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən avqustun 2-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında Ope...

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

"AzTV”nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən "CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin cinayət işi üzrə məhkəm...

​Elçibəyin oğlunun Bakıda toyudur

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin oğlan toyudur. Sfera.az xəbər verir ki, Aytək adlı xanımla ailə həyatı quran Ərturqut...

Azərbaycan güləşçiləri Tokioda məşqlərə başladı - VİDEO

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası Yaponiyanın paytaxtı Tokioda məşqlərə başlayıb. Sfera.az-ın federasiyanın rəsmi sayt...

Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib. Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Arme...