Göyçayda “Aprel şəhidləri unudulmur” adlı tədbir keçrilib
15:23 / 08.04.2019
3392
Göyçayda "Aprel şəhidləri unudulmur” adlı tədbir keçrilib. 2016-cı ilin aprel zəfəri Azərbaycan ordusunun qüdrətini bir daha sübut etdi.
Aprelin 5-də Vətənpərvərlik həftəsi çərçivəsində "Aprel şəhidləri unudulmur" adlı tədbirdə Göyçay rayonunun veteran döyüşçüləri iştirak edib. Tədbirdə Azərbaycan Milli Qəhrəman Adil Kərimov, Qarabağ qazisi Rüfət Həsənov, Qarabağ qazisi Natiq Mehdiyev, Qarabağ qazisi ehtiyyatda olan kapitan Anar Məmmədova və polkovnik Babək Səmədli iştirak ediblər.
Göycay Rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə qaziləri qəbul edərək onların keçdiyi şərəfli döyüş yolundan söz açıb. Daha sonra tədbir iştirakçıları rayonun Caxırlı kənd sakini, aprel şəhidi Teymur Qasımovun ailəsi ilə görüşüblər.
Daha sonra tədbir iştirakçıları rayon mərkəzində aprel şəhidi Teymur Qasımovun adını daşıyan küçədəki büstü önünə əklil qoyublar.