Göyçayda 4 avtomobil toqquşub: xəsarət alanlar var

Göyçayda 4 avtomobil toqquşub: xəsarət alanlar var
 

Göyçay rayonunda zəncirvari qəza olub, 4 avtomobil toqquşub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Yükək sürətlə hərəkət edən "Priora” markalı avtomobil "VAZ 2106”, "Nissan” markalı avtomobillərə, "Nissan” isə "Mersedes” markalı avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

"Priora”nın sürəti çox yüksək olduğundan o, qəzadan sonra yol kənarındakı çayxanaya daxil olub.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR