Güzəştlə mənzil almaq hüququ olanların kateqoriyası genişləndiriləcək - SİYAHI

Güzəştlə mənzil almaq hüququ olanların kateqoriyası genişləndiriləcək - SİYAHI

"Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən, "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan tapşırıqlardan biri də güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərin kateqoriyalarının genişləndirilməsi ilə bağlıdır”.

Sfera.az-ın  modern.az-a istinadla verdiyi xəbərə görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən sosial mənzil almaq hüququ olanların kateqoriyasının genişləndirilməsilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə işlər davam etdiriləcək:

 

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli mənzillərin tikintisini təşkil etməkdir. Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasına əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin şəxslər güzəştli ipoteka krediti ilə yanaşı, artıq güzəştli mənzillərdən də yararlanmaq hüququna da sahibdirlər”.

MİDA-dan bildirilib ki, dövlətin sosial siyasətinin davamı olaraq ölkə başçısının 13 iyul 2017-ci il və 21 iyul 2017-ci il tarixli Fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə və dəyişiklik edilib.

Güzəştlə mənzil almaq hüququna malik şəxslər aşağıdakılardır:

Gənc ailənin üzvü olan şəxslər

Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Ailə vəziyyətindən və yaşından asılı olmayaraq digər şəxslər

Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...