“Guya kiminsə dili tutulub, kimsə impotent olub” – Vaksinasiya ilə bağlı şayiləri necə susdurmalı?

“Guya kiminsə dili tutulub, kimsə impotent olub” – Vaksinasiya ilə bağlı şayiləri necə susdurmalı?
"Yenə fəallaşıblar, vaksin əleyhinə hardansa nəsə tapıb paylaşırlar".

Sfera.az xəbər verir ki, bunu tanınmış pediatır Vaqif Qarayev deyib. O, vaksin əleyinə fikir bildirən şəxsləri sərt şəkildə tənqid edib:
 
"Vaksindən sonra kiminsə qızdırması qalxıb, başı ağrıyıb, dili tutulub, təzyiqi qalxıb, kimlərsə impotent olub, kimi fikirlər səsləndirirlər. Bunların əksəriyyəti kiminsə fantaziyasının məhsuludur".

V.Qarayev həmçinin sözügedən şəxsləri antivaksinator ordusu adlandırıb:

"Bu tip paylaşımlara on minlərlə insan "bərəkallah" deyir. Vaksindən sonra İFA (virusa qarşı antitellərin yaranması) analizinin nəticəsini paylaşanlar da var. Belə paylaşımlara maraq yoxdur. Əgər belə ağıllısansa, insanları bu bəladan qurtaracaq bir təklif ver”.
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR