Gürcüstanın XİN başçısı Azərbaycanı təbrik etdi
13:38 / 18.10.2020
961
Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, XİN başçısı təbrik sözlərini rəsmi "Twitter" hesabında yazıb.
"Azərbaycanı Dövlət Müstəqilliyinin elan olunmasının 29-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, strateji tərəfdaşımızla nümunəvi münasibətlər bundan sonra da bölgəmizdə sülh, sabitlik və tərəqqiyə töhfə verəcək".