Gürcüstanın XİN başçısı: “Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa hazırıq”

Gürcüstanın XİN başçısı: “Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa hazırıq”
"Regional əməkdaşlığın inkişafı Gürcüstan üçün prioritetdir. İnanıram ki, bölgədəki qonşularımız üçün də bu belədir”.

Sfera.az xəbər verir ki, bu fikirləri Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanları” panelində çıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla əla münasibətləri var: "Azərbaycan bizim strateji tərəfdaşımızdır. Türkiyə də həmçinin. Ermənistanla tarixi yaxın dostluq münasibətlərimiz var. Regional əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əla praktiki nümunələri var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və digər layihələrdə iştirak edirik. Bu layihələr praktiki əməkdaşlığın nümayişidir. Bu mesajı bölgədəki digər ölkələrə, ermənistanlı həmkarlarımıza da göndəririk. Biz Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa, iqtisadi əməkdaşlıq üzrə konkret layihə və ideyaları inkişaf etdirməyə hazırıq. Bu sahələr nəqliyyat, rabitə, Qara və Xəzər dənizlərinin potensialının istifadəsi, humanitar, biznes və ticari əlaqələr, mədəni sahələri əhatə edə bilər. Türkiyə, ABŞ, Avropa İttifaqının də bu layihələrə qoşulması və inkişafı imkanlarını nəzərdən keçirmək olar. Çünki mühüm əhəmiyyətli iqtisadi layihələr olmadan sabitlik mümkün deyil, sabitlik olmadan isə inkişaf və tərəqqi yoxdur”.

D.Zalkaliani Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub. "Bu razılşma yaxşı başlanğıcdır. Bu prosesin inkişaf potensialı var. Ümid edirəm ki, Ermənistandakı seçkilərdən sonra üçtərəfli əməkdaşlıqla bağlı müzakirələri davam etdirmək imkanı olacaq. Türkiyə, ABŞ və Avropa İttifaqının də bu regional əməkdaşlıqda vacib rol oynayacağına inanıram”. // "Report"


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...