Gürcüstanın sabiq müdafiə naziri istintaqa ifadə verdi

Gürcüstanın sabiq müdafiə naziri istintaqa ifadə verdi
 

Gürcüstanın keçmiş müdafiə naziri, "Qalib Gürcüstan” siyasi hərəkatının lideri İrakli Okruaşvili istintaqa ifadə verib.

Dindirmə Tbilisi Şəhər Məhkəməsində keçirilib.

Keçmiş nazir Gürcüstan paytaxtında iyunun 20-21-də baş verən hadisələrlə bağlı dindirilib.

"Report” xatırladır ki, 20-21 iyun hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində müxalifət liderləri - Gia Baramidze, Gigi Uqulava və Qriqol Vaşadze də sorğu-sual olunublar.


OXŞAR XƏBƏRLƏR