Gürcüstanın maliyyə naziri və müavini koronavirusa yoluxdu
20:37 / 30.11.2020
6960
Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin koronavirusa yoluxması təsdiqlənib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.
Məlumata əsasən, nazir özünü yaxşı hiss edir və işini distant rejimdə davam etdirir.
Nazirlikdən qeyd olunub ki, İ.Maçavarianinin müavini Giorgi Kakauridzedə də COVID-19 aşkarlanıb və o da ev şəraitində müalicə olunur.