Gürcüstanın azərbaycanlı din xadimi DTX-yə çağırıldı

Gürcüstanın azərbaycanlı din xadimi DTX-yə çağırıldı
 Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Sfera.az xəbər verir ki, onunla yanaşı, Marneulidəki İmam Əli məscidi fondunun sədri və bir neçə üzvü də DTX-yə sorğu-suala dəvət olunub.

Gürcüstanın İnsan Haqlarının Tədrisi və Monitorinqi Mərkəzindən (EMC) bildirilib ki, həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaq aparılır. İstintaqın digər detalları barədə məlumat təqdim olunmayıb.

EMC-dən qeyd olunub ki, M.Əsədov ötən gün "Mtavari arxi” televiziya kanalına müsahibəsində Gürcüstanın teokratik deyil, dünyəvi ölkə olduğunu deyib. Jurnalistin hökumətin kilsələri bağlamamaqla bağlı qərarına münasibət bildirən din xadimi o zaman Ramazan ayında məscidlərin açılacağını bildirib: "Baş nazirin buna necə münasibət göstərəcəyinə baxarıq”.

M.Əsədov bunun sadəcə ritorik sual olduğunu vurğulayıb. (report)

OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...