“Gürcüstanı regionda təkləmək istəyirlər, böyük oyundur…” – CEYHUN OSMANLI YAZIR

“Gürcüstanı regionda təkləmək istəyirlər, böyük oyundur…” – CEYHUN OSMANLI YAZIR

 

"Gürcüstanla bağlı şərhlər yazan dostlara xatırlatmaq istəyirəm ki, orada hökümət bir düyməyə basaraq insanları idarə edə bilsəydi, elə Tiflisin mərkəzində 1 aydan çoxdur davam edən anti-hökümət nümayişini dağıdardı”.

 

Sfera.az bildirir ki, bu sözləri sabiq millət vəkili Ceyhun Osmanlı deyib. Onun sözlərinə görə, Gürcüstanda vətəndaş cəmiyyəti güclü olduğundan müxtəlif təşkilatlar hansısa dağa yürüş etməklə provakativ addımlar ata bilər. Odur ki, baş verənləri rəsmi Tbilisinin siyasəti kimi qəbul etmək doğru olmazdı: "Vətəndaş cəmiyyəti Gürcüstanda çox fəaldır. Təşkilatların sayı isə minlərlədir. Obrazlı desək, hər hansı "maraqlı qüvvə"nin bir az investisiya qoyaraq 2-3 təşkilat yaratmaq yolu ilə 15-20 nəfərin hər hansı bir dağa yürüşünü təşkil edərək provokasiya etməsi çox mümkün ssenaridir. Necə deyərlər bu meydan bu da şeytan... Məsələn ermənilər Gürcüstanda abidə filan qoyanda biz də eyni ssenaridən istifadə edə bilərdik, amma biz facebook-da yazıb ürəyimizi boşaltmağa üstünlük verdik”.


Diqqətləri Rusiya – Gürcüstan münasibətlərinin hazırkı durumuna çəkən sabiq millət vəkili prosesə həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb: "Hazırda Gürcüstan höküməti Rusiyalı turistləri itirmək təhlükəsi ilə məşğul ikən, bir də Azərbaycan turistlərini itirmək onlara sərfəli deyil. Yəni, hökümətə bu lazım deyil. Gürcüstan anlamalıdır ki, oyunun məqsədi onları regionda təkləyib, göz dağı verməkdir. Lakin hər bir halda işin yekununda Gürcüstan tərəfindən mütəmadi qeydə alınan bir provokasiya var və bunun hesabını da Gürcü höküməti verəcək. Ona görə də vaxtında olaya müdaxilə etmək faydalı olardı. Bizə isə provokasiyaya getməmək qalır”.


Ceyhun Osmanlı diaspor təşkilatlarını da fəal olmağa çağırıb: "Söz bizim diaspora təşkilatlarınındır. Əməli iş nümayiş etdirmək üçün əsl zamandır. Hal-hazırda SOCAR Gürcüstanın qaz təchizatında yeganə oyunçudur. Maraqlı tərəflər "Qazprom”u Gürcü bazarına salmaq istəyir. Bunun üçün də Azərbaycana qarşı gürcü xalqında yaranmış "çətin günlərin dostu" steriotipini sındırmağa çalışırlar. Oyun böyükdür...”


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...