Gürcüstanda soydaşımız itkin düşdü: Həyat yoldaşı kimi günahlandırdı?

Gürcüstanda soydaşımız itkin düşdü: Həyat yoldaşı kimi günahlandırdı?
Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyevin itkin düşüb.

Sfera.az xəbər verir ki, N.Nəbiyev yanvarın 4-də evdən çıxıb və mal-qara almaq üçün başqa rayona yollanıb. Həmin gündən ondan xəbər almaq mümkün olmayıb.

Onun həyat yoldaşı Kəmalə Qayıbova soydaşımızın mal-qara almaq üçün 32 min lari (18 min AZN) pulla yanvarın 4-də Qaracala kəndinə yollandığını bildirib.

O, "Rustavi 2” telekanalına müsahibəsində deyib ki, N.Nəbiyev Qaracalada Fərhad Qurbanovla görüşüb və daha sonra mobil telefonu söndürülüb. K.Qayıbova iddia edir ki, F.Qurbanov həyat yoldaşının harada olduğunu bilir.

F.Qurbanov isə öz növbəsində N.Nəbiyevlə görüşdüyünü təkzib etməyib. O deyib ki, yanvarın 4-də onunla görüşüb və sağollaşıb. Qaracala sakini itkin düşən şəxslə arasında heç bir münaqişənin olmadığını da qeyd edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Coca-Cola”nın maşını aşdı, içkilər yerə dağıldı – FOTO + VİDEO

Bakıda "Coca-Cola” daşıyan yük maşını qəza törədib. Sfera.az xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti”nə məlumat daxil olub. Hadisə zamanı...

Nərimanovdakı yanğında 20 nəfər təxliyə olundu

"Nərimanov rayonunda yaşayış binasında baş verən yanğınla bağlı 20 nəfər təxliyə olunub”. Sfera.az  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamas...

Bakıda yaşayış binası yanır - FOTO

Bakıda yaşayış binası yanır. Sfera.az xəbər verir ki, Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb. Hazırda yanğınsöndürənl...

Azərbaycanda ailə faciəsi - Qayınana 29 yaşlı gəlininin meyitini tapdı

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Rayonun Padar kənd sakini, 1993-cü il təvəllüdlü Əhmədzadə Elnaz Əliheydər qızı yaşadığı e...

İstirahət məntəqəsində ölü insan dölü aşkarlandı

Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb. Sfera.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbu...

Müəllimi döyən məktəblinin üstündən "tapança" çıxdı

Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb. Sfera.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ...