No Image

Gürcüstanda son vəziyyət: Yoluxanların sayı kəskin artır

Gürcüstanda son vəziyyət: Yoluxanların sayı kəskin artır
 Gürcüstanda sentyabrın 1-dən yoluxanların sayında yüksək artım tempi müşahidə edilir.

Sfera.az xəbər verir ki, gün ərzində Gürcüstanda 158 yeni Covid-19 hadisəsi aşkar edilib. Bu da epidemiyanın başlanğıcından bəri rekord göstəricidir. Qonşu ölkədə kpronavirusa yoluxanların sayı 2017 nəfərə çatıb. Hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər stasionar şəraitdə müalicə olunur. 19 nəfərin vəfat etdiyi bildirilir. Sentyabrın 10-dan etibarən qapalı binalarda bütün sosial tədbirlərin (toy, yas, yubiley mərasimləri) keçirilməsi qadağan edilib.

Koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin ləğvi planına görə, kinoteatrlar sentyabrın 15-dən, teatrlar isə oktyabrın 1-dən açılmalı idi. Kinoteatr və teatrların açılışı 1 noyabr tarixinə qədər təxirə salınıb. Uşaq əyləncə mərkəzlərinin açılışı da noyabrın 1-nə keçirilib.
 
Gürcüstanın altı böyük şəhərində - Tiflis, Kutaisi, Rustavi, Qori, Zuqdidi və Poti - tədris ilinin başlanması iki həftə sonraya, 1 oktyabr tarixinə qədər təxirə salındı. Sentyabrın 15-dən oktyabrın 1-dək məktəblilər və tələbələr distant şəkildə təhsil alacaqlarm və məktəblərdə təntənəli tədbirlər qadağan edilib.

OXŞAR XƏBƏRLƏR

Türk Televiziyası Qarabağda məskunlaşan terroristlər barədə xəbər hazırladı - VİDEO

Ermənistan açıq-aşkar müharibəyə hazırlaşır.   "Haber Global”ın məlumatına görə, bir yandan sürətlə silahlanan düşmən ölkə digər tərəfdən Suriya, İraq və...

Pravda və Rosbalt Prezident İlham Əliyevin bəyanatını dərc etdi - Erməni siyasəti Rusiyada ifşa edilir

Rusiyanın nüfuzlu Pravda və Rosbalt internet media qurumları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatını dərc edib. Sfera.az həmin yazının t...

Tikinti şirkəti Qurban Məmmədovu məhkəməyə verdi

 "Atlant-İnşaat” MMC hazırda Londonda yaşayan mühacir Qurban Cəlal oğlu Məmmədovu və qeyrilərini yaşayış sahəsi ilə bağlı məhkəməyə verib. Sfera.az b...

Koronavirus hüceyrələrini məhv etmək üsulu aşkarlandı

 Yaponiya alimləri yoluxmuş bir səthdə ultrabənövşəyi radiasiyaya (dalğasının uzunluğu 10-400 Hm diapazon olan elektromaqnit şüaları-red) məruz qalmanın ko...

PKK yaraqlıları Azərbaycan Ordusuna hücuma hazırlaşır - Yeni terror marşrutları

Azərbaycanın Türkiyədən hərbi dəstəyinə cavab olaraq Ermənistan Kürd terror təşkilatı PKK ilə əməkdaşlığa və Tovuzdakı iyul qarşıdurmalarından sonra PKK yara...

ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi

 ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bunlar Rusiya vətənda...