Gürcüstanda “Rustavi 2”nin sahibi dəyişir

Gürcüstanda “Rustavi 2”nin sahibi dəyişir


Biznesmen Kibar Xalvaşi Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestrinə müxalif "Rustavi 2” televiziya kanalının sahibi kimi qeydiyyata alınması ilə bağlı müraciət edib.

 

"Report” xəbər verir ki, müvafiq sənədi biznesmenin vəkili Paata Salia qeydiyyatdan keçirib.

 

Müraciətə əsasən, "Rustavi 2”nin səhmdarlarının paylarının dəyişdirilməsi tələb olunur.

 

Hazırda televiziyanın səhmdarları "Gürcüstan telekompaniyası” MMC (51%), Levan Karamanişvili (22%), Giorgi Karamanişvili (18%) və Nino Nijaradzedir (9%).

 

Avropa İnsan Hüquqları Məhkəməsinin bugünkü qərarı ilə "Rustavi 2”nin vəkillərinin Gürcüstan məhkəmələrinə qarşı iddialarının heç biri qəbul olunmayıb. Gürcüstanın Ali Məhkəməsi 2017-ci ilin martında iki aşağı instansiya məhkəməsinin teleşirkətin Kibar Xalvaşiyə verilməsi barədə qərarlarını qüvvədə saxlayıb.

 

"Rustavi 2” televiziyasının qərardan şikayət vermək hüququ var.

 

Kanalın baş direktoru Nika Qvaramia Avropa Məhkəməsinin qərarını ağlasığmaz adlandırıb. O, Ədliyyə Nazirliyindən Strasburq məhkəməsinin qərarından şikayət etmək müddəti başa çatmayana qədər "Rustavi 2”nin K.Xalvaşinin adına qeydiyyata almamağa çağırıb.

 

Qeyd edək ki, K.Xalvaşi 2004-2006-cı illərdə "Rustavi 2”nin sahibi olub. O, Gürcüstanın hazırkı hakimiyyətinə qarşı loyallığı və İvanişviliyə yaxınlığı ilə seçilir.

 

Virtualaz.org-un məlumatına görə, Kibar Xalvaşi bəyan edib ki, redaksiya siyasətinə toxunmağa hazırlaşmır: "Söz və ifadə azadlığına zəmanət veriləcək. Mən jurnalistlərin peşəkar fəaliyyətinə müdaxilə etməyəcəyəm. Maksimal şəffaflıqla təmin ediləcək”.

 

O, kanalın hazırkı direktoru Nika Qvaramianı Saakaşvili rejiminin davamçısı adlandıraraq əlavə edib ki, onunla heç bir halda çalışmayacaq və onun vəzifəsini vəkili Paata Saliya icra edəcək.

 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...