Gürcüstanda koronavirusdan sağalanların sayı artdı
00:00 / 27.03.2020
12950
Gürcüstanda 11-ci pasiyent koronavirusdan sağalıb.
Sfera.az report-a iistinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, ölkədə karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 79 nəfər yoluxub. Hazırda aktiv virus daşıyıcılarının sayı 68 nəfər təşkil edir.