Gürcüstanda koronavirusa yoluxanların sayı 70-ə çatıb
Dünya
19:55 / 24.03.2020
10263
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 70-ə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında deyilir.
Bildirilir ki, hazırda ölkə üzrə karantində 4 055, stasionar müalicədə isə 252 nəfər var. Virusa yoluxmuş şəxslərdən 9-u artıq sağalıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.