Gürcüstanda Çin dili tədris olunacaq

Gürcüstanda Çin dili tədris olunacaq
Gürcüstanda builki tədris ilindən başlayaraq ictimai məktəblərdə Çin dilinin tədris olunacağı gözlənilir.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Məktəblərin istəyindən asılı olaraq, Çin dili təhsil müəssisələrində ikinci xarici dil kimi öyrədiləcək.

Çin dilini istənilən ictimai məktəb 5-ci sinifdən başlayaraq tədris edə biləcək. Bu dili tədris edəcək müəllimlərin hazırlanması ilə bağlı proqram həyata keçiriləcək.

Gürcüstan məktəblərində Çin dilinin populyarlaşdırılmasını nəzərdə tutan memorandum bu günlərdə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batişavili və Çin səfiri Dzi Yençi arasında imzalanıb.

Qeyd edək ki, hazırda qonşu ölkə məktəblərində məcburi xarici dil ingilis dilidir. Bəzi ictimai məktəblərdə şagirdlərin ikinci xarici dil kimi seçə biləcəyi rus, italyan, alman və fransız dilləri də tədris olunur. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...