Gürcüstanda azərbaycanlı gənc öldürüldü

Gürcüstanda azərbaycanlı gənc öldürüldü

O telekanala müsahibəsində kənddə vəhhabilərin çoxaldığını bildirib.

Gürcüstan paytaxtının yaxınlığında yerləşən, azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində qətl hadisəsi baş verib. Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb.

Oxu.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz Mərdanovun APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub. Onun sözlərinə görə, Fikrət Əhmədov “İmedi” kanalına müsahibəsində son bir neçə ildə  kənddə vəhhabilərin çoxaldığını bildirib: 

“Bundan xəbər tutan həmin kəndin sakini Ramin İsayev Fikrətlə görüşmək istədiyini bildirib. Onlar kənd orta məktəbinin yanında görüşüblər və aralarında mübahisə baş verib. Nəticədə Ramin İsayev Fikrət Əhmədovu bıçaqlayıb. Onlar yaxın dost olublar. Ramin əvvəllər şiə məzhəbinə qulluq edib, sonra vəhhabi radikal qrupuna qoşulub və onları təbliğ edib”.   A.Mərdanov deyib ki, Soğanlıq kəndinin sakinləri vəhhabiliyin kənddə təbliğinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər: 

“Vəhhabilər kənddə məscid tikməyə çalışıblar və kənd sakinləri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Nəticədə məhkəmənin qərarı ilə tikinti dayandırılıb və vəhhabilər yarımçıq qalan tikilinin zirzəmisində fəaliyyətlərini davam etdiriblər”. Məscidin tikintisi ilə bağlı Gürcüstanın “İmedi” kanalı şiə məzhəbindən olan dindarlar və vəhhabilərdən müsahibə alıb. Müsahibə efirə veriləndən sonra narazılıqlar yaranıb. R. İsayev hadisəni törədəndən sonra qaçıb.  Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. F. Əhmədov bu gün torpağa tapşırılacaq.


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...

Xoşqədəm Hidayətqızı izləyicisinə QARĞIŞ ETDİ: "Canına tökülsün" - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla paylaşdığı fotolara gələn rəylərə əsəbiləşib.   Sfera.az bildirir ki, o, izləyicilərinə sərt ...

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...