Gürcüstan Patriarxatı din xadimlərinə SMS yolladı: “İKONALARI SPİRTLƏ...”

Gürcüstan Patriarxatı din xadimlərinə SMS yolladı: “İKONALARI SPİRTLƏ...”

Gürcüstan Patriarxatı din xadimlərinə sms tövsiyyələr yollayaraq, onları kamendant saatına bir saat qalmış kilsələri bağlamağa, eləcə də koronavirus infeksiyayısının yayılmasının qarşısını almaq məqsədi ilə ikonaları spirtlə silməyə çağırır.

 

 

Sfera.az Ria Novosti-yə istinadla bildirir ki, bu haqda patriarxatın mətbuat katibi Andriya Caqmaidze xəbər verib.

 

"Kilsələrə 3 tövsiyyə verilir: Patriarxın xeyir-duası ilə, kamendant saatı nəzərə alınmaqla, sabahdan dualar saat 16:00-da başlamalı, kilsələr isə hər gün saat 20:00-da bağlanmalıdır. Məbədlərdə 1,5 metrdən bir işarələr qoyulması mütləqdir. Xahiş edirik, gündə bir neçə dəfə ikonaları spirtlə, döşəmələri isə antiseptik məhlulla silib təmizləyəsiniz. Sadalanan işlərin icrasını daimi nəzarətdə saxlamaq üçün hər bir kilsəyə məsul şəxslər təyin edin”.


BunuGürcüstan Patriarxatının mətbuat katibi özünün rəsmi facebook səhifəsində yazıb.

 

Koronavirusun yayılması ilə əlaqədar ölkə ərazisində aprelin 21-dək fövqəladə vəziyyət elan edən Gürcüstan hakimiyyəti, bazar ertəsi saat 21.00-dan 6.00-dək ümumikarantin və komendant saatının tətbiqinə başlayıb. Qadağalar ictimai nəqliyyatın, o cümlədən metronun hərəkətinə tətbiq edilib, minik avtomobillərində sərnişinlərin sayı üç nəfərdən artıq olmamalıdır, 70 yaşdan yuxarı insanlar yalnız yaşayış yerinə ən yaxın ərazidə yerləşən ərzaq dükanı və aptekə getmək üçün qısa müddətə evdən çıxa bilər. Ölkənin böyük şəhərlərində hərbi keçid məntəqələri qurulub.

 

Qeyd edək ki, ölkədə yoluxanların sayı 148-ə çatıb, bunlardan 27-i nəfəri sağalıb. Gürcüstan hökuməti bəyan edib ki, virus getdikcə daha sürətlə yayılır və aprelin ikinci yarısı virusun yayılma sürəti pik həddə çata bilər.

 

Xatırladaq ki, Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyası olan COVID-19 pandemiyasının dünyanı ağuşuna aldığını bəyan edib. ÜST-nin son məlumatına görə, dünyada 900 mindən artıq yoluxma hadisəsi qeydə alınıb, 45 mindən çox insan həyatını itirib.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...