Gürcüstan parlamentinə basqın - Deputatlar arasında dava düşdü

Gürcüstan parlamentinə basqın - Deputatlar arasında dava düşdü
Gürcüstan parlamentində deputatlar arasında qarşıdurmalar başlayıb.

Sfera.az-ın məlumatına görə, müxalifət nümayəndələri, eləcə də parlament binası qarşısında etiraz aksiyası keçirən televiziya şirkətləri əməkdaşları və müxalifət partiyalarının üzvləri iclas salonuna basqın ediblər.
 
Onlar bazar günündən bəri parlament binası önünə toplaşaraq nazir İrakli Qaribaşvilinin istefasına nail olmağa çalışan bütün jurnalistlərin içəriyə buraxılmasını tələb edirlər.
 
Bir gün əvvəl "TV Pirveli” televiziya şirkəti,  iyulun 5-də keçirilən  etiraz aksiyaları zamanı yaralanan kanalın  operatoru Lekso Laşkaravanın vəfat etdiyi haqda məlumat verdi, qeyd edildi ki, ekspertlər ölümün dəqiq səbəblərini tezliklə müəyyənləşdirəcəklər.
 
Televiziya əməkdaşı  LGBT icmasının hərəkətlərinə qarşı keçirilən  etiraz aksiyası zamanı  döyülmüşdü. Gözü zədələnən operator bir neçə gün klinikada müalicə olunaraq evə buraxılmışdı.  Polis Laşkaravanın döyülməsində iştirak edən dörd nəfəri həbs etmişdi.
 
Xatırladaq1 ki, iyulun 1-də Tbilisidə "Ləyaqət həftəsi” aksiyası başladı, həmin aksiya zamanı LGBT icmasının nümayəndələri bir neçə tədbir keçirdi. Aksiya iyulun 5-də Moskva vaxtı ilə saat 17:00-da "Ləyaqət marşı" ilə yekunlaşmalı idi. Amma cinsi azlıqların əleyhdarları səhər saatlarında mərkəzi Rustaveli prospektini bağlayaraq, buna qarşı etiraz etməyə başlayıblar. Onlar  bir neçə dəfə müxalifət müxalifət telekanallarının jurnalistlərini və operatorlarını dəyənək və şüşə atəşinə tutublar. 50-dən çox jurnalist xəsarət alıb. Daha sonra təşkilatçılar yürüşün təxirə salındığını bəyan ediblər.

Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR