Gürcüstan “COVID-19”a necə qalib gəldi? - Gürcüstanlı deputatdan AÇIQLAMA

Gürcüstan “COVID-19”a necə qalib gəldi? - Gürcüstanlı deputatdan AÇIQLAMA
 

"Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti normaldır. Ümumiyyətlə, Gürcüstan koronavirus pandemiyasına qalib gəlmək ərəfəsindədir. Demək olar ki, gün ərzində 3-5 nəfər virusa yoluxur”.


Bu fikirləri Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.


Deputat gürcülərin koronavirusla mübarizə metodlarından da söz açıb:


"İnsanlar qaydalara tam əməl edirdilər. Həmçinin, karantin müddətində qaydaları pozanlara qarşı çox sərt cəzalar tətbiq olunurdu. Digər bir məsələ isə insanların qanunların yanında olmasıdır. Məsələn, Azərbaycanda sərt karantin zamanı vətəndaş polisə zibil atır, digər vətəndaşlar da bu aksiyaya dəstək olur. Ancaq Gürtcüstanda tam əksinədir. Polisə zibil atan vətəndaşı hüquq-mühafizə orqanlarından öncə vətəndaşlar linç edir. Hesab edirəm ki, bu cür hallarda hər bir vətəndaş dövlətin, qanunların yanında olmalıdır”.


Azər Süleymanov Gürcüstan parlamentində təmsil olunan deputatların karantin qaydalarına riayət etməsinə də münasibət bildirib:


"Hər bir deputata karantin günlərində hərəkət etmək icazəsi verilmişdi. Biz deputatlar şəxsi maşınla hara istəsək, gedə bilərdik. Ancaq Gürcüstan parlamentinin deputatları qaydaları pozmadı. Hər birimiz evdə olduq və şəxsi maşınımıza oturub harasa getmədik. Hesab edirəm ki, bu cür məqamlarda nümunəvi addımların atılması çox önəmlidir. Biz vətəndaşlara nümunə olmasaq, onlardan nəsə tələb edə bilmərik”.


OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...