Gürcüstan bu halda Rusiya ilə münasibətləri bərpa edə bilər

Gürcüstan bu halda Rusiya ilə münasibətləri bərpa edə bilər
Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi "Altılıq platforma” ("3+3” – Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) haqda danışarkən Gürcüstanın Rusiya ilə birgə "3+3” formatında iştirakının çətin olacağını qeyd edib.
 
Zalkalianinin bu sözləri mahiyyət etibarilə Gürcüstanın Rusiya faktoruna görə "Altılıq platforma”ya qatılmayacağı təəssüratı bağışlasa da, belə deyil. Rəsmi Tiflis bununla Rusiyaya görə yox, Rusiyanın Gürcüstanda yaratdığı konfliktlərə görə platformaya qatılmaq istəmədiyini qeyd edir. Təsadüfi deyil ki,  Zalkaliani "Abxaziya və Cənubi Osetiyadan Rusiya qoşunlarının çıxarılması məsələsində inkişaf olmadıqca belə formatda oturmaq və hansısa infrastruktur layihələrindən danışmaq çox çətindir” deyib. Yəni Gürcüstan bununla Abxaziya və Osetiya münaqişələrini qabardaraq topu Rusiyanın üzərinə atır. 
 
Tiflisin Kremldən gözləntisi haqsız deyil. O da Azərbaycan kimi Abxaziya və Cənubi Osetiya münaqişlərinin bu və ya başqa formada həll edilməsini istəyir. Rusiya əgər Qarabağda olduğu kimi Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin də nizamlanmasına dəstək versə və ya razı olsa rəsmi Tiflis həm altılıq platformaya qatıla bilər, həm də mövcud Rusiya-Gürcüstan münasibətləri normallaşa bilər.

Lakin rəsmi Tiflisin istəyi heç də asan bir şey deyil. Əvvəla ona görə ki, Abxaziya və Osetiya münaqişələri Qarabağla eynilik təşkil etmir. Mahiyyət etibarilə Qarabağ üçüncü bir dövlətin işğalı əsasında yaranan süni bir münaqişədir. Abxaziya və Osetiya isə 3-cü bir dövlətin işğalı olmadan tamamilə etnik zəmində yaradılan münaqişədir. Yəni bu münaqişələrin həll yolu Qarabağla eyni ola bilməz.
 
Rəsmi Tiflis əgər Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllini istəyirsə, Kremlə yardım etməli, daha dəqiq desəm, kompromisə getməlidir. Yəni Gürcüstan ərazi bütövlüyünü bərpa etmək istəyirsə Cənubi Osetiya və Abxaziya ilə konfederasiya halında bir araya gəlməlidir.
 
Bu prosesdə Tiflisə Rusiya, Türkiyə və Azərbaycan da yardım edə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya Abxaziya və Cənubi Osetiya separatçıları ilə ən sıx əlaqəyə malik ölkədir. Yəni belə bir təklifi separatçılar da Rusiya xətti ilə dəstəkləyə bilərlər. Türkiyə isə Qarabağ, Suriya, Liviya münaqişələrində kifayət qədər vasitəçilik təcrübəsinə malik ölkədir. Digər tərəfdən, bu gün Türkiyədə 19-cu əsrdən köçən, bu gün də bu ölkədə yaşayan kifayət qədər abxaz var. Azərbaycana gəldikdə isə rəsmi Bakı yenicə 27 illik bir münaqişəni bitirən, eyni zamanda Gürcüstanın etibarlı tərəfdaşı olan bir ölkədir. Nəticə etibarilə Gürcütsanın konfederasiya halında Abxaziya və Cənubi Osetiya ilə birləşməkdən başqa bir yolu yoxdur.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...