Gürcüstan-Azərbaycan sərhədində son durum: 14-ə yaxın hissə...

Gürcüstan-Azərbaycan sərhədində son durum: 14-ə yaxın hissə...
"Gürcüstan-Azərbaycan sərhədində 14-ə yaxın hissə razılaşdırılmayıb və bu hissələrə Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığında yerləşən ərazilər də daxildir”.

Sfera.az "report”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan və Azərbaycan arasında Sərhədin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, mayın 23-ü və 24-də komissiyanın Bakıda keçirilən iclasında razılaşdırılmamış hissələrlə bağlı ətraflı müzakirələr aparılıb: "Sərhədin təxminən üçdə iki hissəsi razılaşdırılıb. Üçdə bir hissəsi isə razılaşdırılmamış olaraq qalır. Həmin sahələrə ekspertlərin birgə səfər etməsi ilə bağlı razılıq əldə olunub və səfərlərdən sonra komissiya nəticələri müzakirə etmək üçün iclas keçirəcək”.

L.Darsalia qeyd edib ki, Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığında yol tikinti işləri Azərbaycan tərəfdə ölkənin nəzarəti altında olan ərazilərdə aparılıb və buna baxmayaraq bütün işlər dayandırılıb.

Daha əvvəl komissiyanın həmsədri bildirib ki, Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...