Gürcü rəsmiləri Keçikçidağa görə Bakıya gəlir
13:17 / 22.05.2019
1378
Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası bu il mayın 23-24-də Bakı şəhərində keçiriləcək.
Bu barədə Axar.az-a Azərbaycan XİN-dən məlumat verilib.