“Günlük 80-100 manata olan evlər indi 30-50 manata təklif olunur\" - Kirayə mənzil bazarında son durum

“Günlük 80-100 manata olan evlər indi 30-50 manata təklif olunur\
Üzü yaya doğru daşınmaz əmlak bazarında kirayə və satış üçün nəzərdə tutulan mənzillərin qiymətlərində dəyişikliklərin olduğu bildirilir.
 
Maraqlıdır, mövcud bazarda qiymətlər indi hansı səviyyədədir? Daşınmaz əmlaka tələbat çoxdurmu?

Mənzil bazarındakı qiymətlərlə bağlı "Əmlak” Ekspert Mərkəzinin direktoru, daşınmaz əmlak üzrə mütəxəssis Ramil Osmanlı Sfera.az-a danışıb. Müsahibimiz kirayə mənzil bazarında bəzi istiqamətlərdə qiymətlərin nisbətən artdığını bildirib:

"Ötən ilin mart ayından bu yana kirayə mənzil bazarında ciddi dəyişiklik müşahidə olunmayıb. Yəni kirayə qiymətlərində pandemiya səsəbilə hansısa artım olmayıb. Hətta bəzi günlük mənzillərin qiyməti aşağı düşüb. Belə ki, turistlərin qalması üçün nəzərdə tutulan günlük 80-100 manata olan evlər indi 30-50 manata təklif olunur". 

Ekspert bağ evlərinin kirayə qiymətlərinin artacağını istisna etməyib:

"Bağ evlərinin qiymətlərinin dəyişməsi mövsümlə əlaqəli olsa da son bir il ərzində bu sahədə qiymətlərdə müəyyən dəyişikliklər oldu. Pandemiya ilə əlaqədar olaraq bəzi ölkələrlə sərhədlərin bağlı olması, rayona gediş-gəlişlə bağlı məhdudiyyət ötən bir il ərzində bağ evlərinin qiymətini artırdı. Ötən ildən fərqli olaraq bu il bağ evlərinə müraciət erkən başlayıb. Belə ki, 2020-ci ildə bağ evlərinə kirayə ilə bağlı əsas müraciətlər may ayının ortaları başlamışdısa, bu il martın sonu aprelin əvvəlindən belə müraciətlər olur. Bu da qarşıdakı dövrdə tələbatın çoxluğuna mənzillərin az sayda qalmasına gətirib çıxaracaq ki, beləliklə də qiymətlər artacaq. İndiki məqamda bağ evlərinin aylıq kirayə qiyməti 500-20 000 manat arası dəyişir. Qiymətlər infrasturkdan, ölçüdən asılı olaraq müxtəlif olur". 

Həmsöhbətimiz iqtisadi vəziyyətdən aslı olaraq daşınmaz əmlak bazarında canlılığın müşahidə olunduğunu qeyd edib:

"Son bir ay ərzində mənzil bazarında xeyli aktivlik müşahidə olunur. Hətta mən deyərdim ki, bəzi istiqamətlərdə ucuz mənzillərin qiymətlərində nisbi artımlar müşahidə olunur. Eyni zamanda torpaq sahələrinə də maraq artımı müşahidə olunur. Makro-iqtisadi sabitlik bərpa olunur, manat üzərindəki neqativ təsirlər azalır və beləliklə daşınmaz əmlak bazarına maraq çoxalır, qiymətlər yüksəlir". 

Əzizə Zeynal
Sfera.az



OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...