“Günəşli” faciəsindən altı il ötür

“Günəşli” faciəsindən altı il ötür
Bu gün "Günəşli” yatağında baş verən faciədən altı il ötür.

Sfera.az xəbər verir ki, yanğın 2015-ci ilin 4 dekabrında baş verib. 

Faciə neft yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verib. Nəticədə 63 nəfər zərər çəkib. Onlardan 16-sı həlak olub, 16-sı itkin düşüb.

Qəza baş verəndən qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli” yatağında növbədə olan "Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə "Vixr-5” yanğınsöndürən, "Avior” dalğıc gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda "Topaz-Diqnizi”, "Endeavour”, "Protektor”, "Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub. 

5 dekabr tarixində ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi əməliyyatı həyata keçirilib. FHN-in həmin xilasedicilərinin bir qrupu AZAL-a məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən üç nəfəri təxliyə edərək həmin gəmiyə götürüb.

Beləliklə, 33 nəfər təxliyə edilib, bir nəfərin isə cəsədi sudan çıxarılıb.

SOCAR-ın rəsmi açıqlamasında bildirilib ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa səbəbindən zədələnib və nəticədə yanğın baş verib.

6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki, xilasetmə işləri fasiləsiz olaraq davam edir. 

Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub. 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...