Gündüz uşaqların, gecə mavilərin parkı — FOTOLAR

Gündüz uşaqların, gecə mavilərin parkı —  FOTOLAR

Bu parka hər gün istirahət üçün yüzlərlə insan gəlir. Burada xeyli sayda atrkasionlar və kafelər var. Parka gələnlər hər yaş təbəqəsindən olan insanlardır. Yaşlıları, gəncləri, uşaqlı ailələri hər gün bu parkda istirahət edərkən görmək mümkündür.

Bakı sakinlərinin üz tutduğu bu parkda abadlıq işləri görülməsə də, yüksək təmizlik xidməti olmasa da Bakı sakinlərinin dincələ biləcəyi nadir yaşıllığı olan parklardandır. Söhbət Nərimanov rayonu ərazisində yerləşən “Nəriman Nərimanov” metrostansiyasının çıxışındakı parkdan gedir.

Elə bu yazını oxuyanlardan da yəqin ki, haqqında danışdığımız parkı tanımayan yoxdur. Parkla bağlı qeyd edəcəyimiz problem heç də təmizlik, parkdakı kafelərin xidmət səviyyəsi, sakinlərə yaradılan şəraitlə bağlı deyil. Söhbət parkın başqa məqsdələrlə də istifadə olunmasından gedir. Yəni, təəssüflə qeyd etməliyik ki, park günün ikinci yarısından sonra yüngül əxlaqlı qadınların, "mavi"lərin məskəninə çevrilir.

Musavat.com olaraq bir neçə dəfə paytaxt Bakının müxtəlif yerlərində bu cür vəziyyətin, özbaşınalığın baş aldığını qeyd etmişik. Lakin bu cür məsələlər gündəmə gətirildikdən sonra qısa müddətli də olsa tədbirlər görülür və bu cür halların qarşısı alınır. Ancaq yenidən bu "mavi"lər və yüngül əxlaqlı qadınlar eyni ünvanlarda peyda olurlar. Haqqında danışdığımız parkda bu cür halların müşahidə olunması isə daha acınacaqlıdır. Yaşlıların, qadınların, uşaqların gəzdiyi, istirahət etdiyi parkda bu cür halların qarşısının alınmaması böyük təəccüb və təəssüf doğurur.Park axşam saatlarında, hava qaraldıqdan sonra sanki bu təbəqənin insanlarının istifadəsinə verilir. Onlar isə heç kimdən və heç nədən çəkinmədən rahatlıqla istədiklərini edirlər.

İctimai yerdə söyüş söyərək bir-birləri ilə mübahisə edən yüngül əxlaqlı qadınlar, öz maşınında müştəri gözləyən "mavi"lər sanki park bunlarınmış kimi hərəkət edirlər.

Qeyd edək ki, hava qaralandan sonra bu cür hallardan narahat olan insanlar bu parka gəlmir, hətta parkın yaxınlığından belə keçmirlər.

Bu vəziyyətdən müvafiq dövlət qurumlarının xəbərsiz olduğunu düşünmək də təbbi ki sadəlöhvlük olar. (Musavat)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...