Ramil Usubov 60 xanıma iş verdi

Ramil Usubov 60 xanıma iş verdi

Daxili İşlər Nazirliyində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Xidmət" mərkəzlərində pasport xidməti üzrə vakant yerlərin komplektləşdirilməsi üzrə müsabiqənin qaliblərinin püşkatma yolu ilə həmin vəzifələrə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Sfera.az modern.az-a istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın hər zaman olduğu kimi, şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb. 

Qeyd olunub ki, kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov öncədən DİN-in İnternet saytında, əksər KİV-lərdə, televiziya kanallarında elanlar verilməklə, 1 ay müddətində qadın namizədlərin qeydiyyatının həyata keçirildiyini, həmin müddətdə 817 şəxsin xidmətə qəbul üçün müraciət etdiyini, şərtlərə uyğun gələn 387 nəfərin sənədlərinin qəbul olunduğunu, onlardan 195 namizədin müsabiqədə iştirakını və son mərhələdə yalnız 91-nin püşkatmaya buraxıldığını bildirib.

Yeri gəlmişkən, püşkatmaya buraxılan namizədlərdən ali təhsilli, kompüterlə işləmək bacarığı və yazı vərdişləri yüksək səviyyədə olan 60 şəxs müsabiqənin yekununda vakant yerlərə təyin  olunublar. Onlardan 33-nün əmri əvvəlcədən verilib, hazırkı tədbirdə isə qalan 27 nəfərin təyinat məsələsi öz həllini tapıb.

Tədbirə yekun vuran daxili işlər naziri qalibləri təbrik edərək xanım namizədlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu vurğulayaraq, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Sonda cənab Ramil Usubov nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya və Təchizat idarələrinin rəislərinə işə yeni başlayacaq xanım əməkdaşlara çalışdıqları xidmətin incəliklərinin öyrədilməsi məqsədilə müvafiq treninqlərin keçirilməsini, eyni zamanda, onların geyim formaları ilə ən qısa zamanda təmin olunmalarını tapşırıb.


OXŞAR XƏBƏRLƏR

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...