"9-cu sinifi bitirib kosmetoloq işləyir" - Parlamentdə MÜZAKİRƏ

"9-cu sinifi bitirib kosmetoloq işləyir" - Parlamentdə MÜZAKİRƏ

"Bir mərkəz yaradılsın və plastik cərrahlar məhz orada fəaliyyət göstərsinlər."

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.

 

 

Deputatın sözlərinə görə, hər bir səhv insan işidir, həkim də səhv edə bilər. Lakin belə hallarda digər həkimlərin dərhal müdaxilə edə bilməsi üçün uyğun şərait yaradılmalıdır.

 

"Hazırda hər kəs fərqli yerlərdə əməliyyatlar aparır. Vətəndaş isə haraya müraciət edəcəyini bilmir. Bu sahədə sistemli yanaşmaya ehtiyac var",-millət vəkili bildirib.

 

Deputat, həmçinin müraciətlərdən birini diqqətə çatdırıb:

 

"Qəhrəmanova Sara və Vəliyev Fərhad adlı vətəndaşlar müraciət edib və bildirib ki, Ülviyyə İlyasova adlı şəxs övladlarını əməliyyat edib. Əməliyyatdan sonra komaya düşən şəxsi evinə apararaq evdə kömək etmək istəyib. Nəticədə 2 uşaq anası olan şəxs həyatını itirib".

 

S.Salahlı bildirib ki, şikayətçilərin sözlərin görə, Ülviyyə İlyasovanın heç bir tibb təhsili yoxdur və 9-cu sinifi bitirib:

 

"İndi isə o, Qurbanova soyadı ilə kosmetoloq kimi gizli fəaliyyət göstərir".

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...