Prezidentin metropoliten rəisi təyin etdi şəxs kimdir?


Prezidentin metropoliten rəisi təyin etdi şəxs kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib və onun yerinə Vüsal Yusif oğlu Aslanovu təyin edib.

 

Sfera.az xəbər verir ki, Vüsal Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetindən mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr dərəcəsi ilə məzun olub.

 

2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

 

2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2006-2013-cü illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, idarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

 

V.Aslanov 2010-2014-cü illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015-ci illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsini daşıyıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri olub.

 

2016-cı ildə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

 

Evlidir, 3 övladı var.


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...