Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası DANIŞDI


Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası DANIŞDI

Türkiyədə səs-küyə səbəb olan Narin Güranın qətli ilə əlaqədar saxlanılan anası Yüksel Güranın prokurorluğa verdiyi ifadə üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, dindirilmə zamanı soyuqqanlı və sakit davranan ana ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O, prokurorun verdiyi bir çox suala "bilmirəm, məlumatım yoxdur və görməmişəm" deyərək cavab verib.

 

Qadın qaynı (uşağın qətlində bir nömrəli şübhəli olan əmisi) ilə yaxın münasibətini soruşduqda: "Qətiyyən belə bir şey yoxdur, bu iddialara görə utanıram. Narini öldürənlərə Allah lənət etsin" deyib.

 

Prokuror qadından qaynına üç dəfə zəng etməsinin səbəbini soruşub. Yüksel Güran ona səhvən bir dəfə zəng etdiyini və digər zənglərin olmadığını bildirib. Qadın digər zəngləri izah edə bilməyib.(Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarətindəki zəvvarlarımızın ölkəyə qayıdışı necə TƏŞKİL OLUNACAQ? – QMİ-dən AÇIQLAMA

“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir...

KİV:İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yük...

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...

Zakir Həsənovdan Bağerinin ölümü ilə bağlı BAŞSAĞLIĞI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağ...

Əli Əsədovdan Laçın şəhəri ilə bağlı QƏRAR

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb....

Estetik əməliyyatlarına 11 milyon xərcləyibmiş...

Türkiyəli influenser Danla Bilic indiyədək etdirtdiyi estetik əməliyyatların məbləğini açıqlayıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ...