Diplomatlara ermənilərin təyyarələrə müdaxiləsindən danışıldı

Diplomatlara ermənilərin təyyarələrə müdaxiləsindən danışıldı

Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur.

 

Sfera.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

 

Diqqətə çatdırılıb ki, iyulun 13-ü, 24-ü, 27-si, avqustun 21-i, sentyabrın 1-i tarixləri də daxil olmaqla son bir neçə ay ərzində Azərbaycan Hava Yollarının mülki təyyarələrilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radio-elektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb.


OXŞAR XƏBƏRLƏR

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb.  Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qru...

Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə mayın 17-si saa...

"İstanbuldakı danışıqların nəticəsi Kiyevdən asılıdır" - Sergey Ryabkov

“İstanbulda Rusiya-Ukrayna danışıqlarının nəticəsi Moskvadan yox, Kiyevə rəhbərlik edənlərdən asılıdır”.    Sfera.az xarici mediaya ...