Antiterror əməliyyatı başlayır: “2-3 gün içində Ağdərə…” – ŞOK AÇIQLAMA

Antiterror əməliyyatı başlayır: “2-3 gün içində Ağdərə…” – ŞOK AÇIQLAMA

Azərbaycan ərazilərində ermənilərin qanunsuz hərbi birləşmələri yerləşir. Onlar Qarabağ bölgəsində baş verən hadisələrin səbəbkarıdır. Ağdamı, gah da Şuşanı atəşə tuturlar. Həmin ərazilər üzərindən keçən təyyarələr üçün maneə yaradılır və təyyarənin istiqamətləndirilməsi üçün süni peyklərlə əlaqə yaratmasına əngəl törədirlər.

Sfera.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

Onun sözlərinə görə, ərazimizdəki erməni sepratçılarını ruhlandıran, onları ayaq üstə saxlayan həmin hərbi qüvvələrdir:

 
 
 
 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.Onun sözlərinə görə, ərazimizdəki erməni sepratçılarını ruhlandıran, onları ayaq üstə saxlayan həmin hərbi qüvvələrdir:

“Artsax” dedikləri ərazidə 18 000 şəxs yaşayır. Bu qədər insanın içindən 12 000-lik qoşun yaratmaq mümkün deyil. Bunlar hamısı Ermənistan silahlı qüvvələrinin tərkib hissələridir. Nə qədər ki, onları ərazimizdən çıxarmamışıq, başımız çox ağrıyacaq. Həmçinin ciddi problemlərimiz olacaq”.

 

Qabil Hüseyli bildirib ki, Qarabağ bölgəsində separatçıların Azərbaycana reinteqrasiya məsələsi baş tutmayacaq:

 

“Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır. Separatçılar silahlı qüvvələrə əsaslanaraq Azərbaycana qarşı sözün əsl mənasında meydan oxuyurlar. Göndərdiyimiz humanitar yardımı qəbul etmirlər. Hətta Rusiyanın göndərdiyi humanitar yardıma qarşı da etiraz edirdilər. Onların əsas arzuları “dövlət” kimi özlərini təsvir etmək və bunu Azərbaycana qəbul etdirməkdir. Bu, sadəcə onların qurduğu xəyaldır. Dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatlar onların varlığını və yaxud da müstəqillik haqqında danışıqlarını qətiyyən qəbul etmir. Son “prezident” seçkilərində nəticələrini dünyanın heç bir ölkəsi tanımadı. Avropa Birliyi və Amerika qəti şəkildə bunu rədd etdi. Hətta Yunanıstan da bu seçkilərin nəticələrini tanımadığını açıqladı və “seçkilər”in Azərbaycanın ərazi bütövlüyünə zidd olduğunu bəyan etdilər. Beynəlxalq ictimaiyyət Azərbaycanın tam yanındadır. Ermənistanı qızışdıran, yönləndirən və daima onları bu vəziyyətdə saxlayan Rusiyadır. Rusiya çox mürəkkəb oyun oynayır. İlk növbədə bu oyun Azərbaycan əleyhinə çevrilib. Son zamanlar Ermənistanın Rusiyadan uzaqlaşma xəttini tutması da Ermənistanda qanuni seçilmiş baş nazir Nikol Paşinyana qarşı yönəlib. Rusiyanın bölgəni qarışdırması davam edir. ABŞ-a gəlincə, Dövlət Departamenti formal bəyanatlar vermək əvəzinə, artıq məsələ ilə ciddi məşğul olmalı və Ermənistana razılaşmalara əməl etmək üçün təzyiq göstərməlidir. Çünki Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması təklifinə Ermənistanın öz qondarma rejimi vasitəsilə müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ-a çox yaxşı məlumdur”.

 

Siyasi ekspert hesab edir ki, antiterror əməliyyatının keçirilməsi zərurətə çevrilib: “Zənnimcə, 2-3 gün içində onları Ağdərə ətrafında mühasirəyə alacağıq. Müharibənin belə qanunu var təslim olmadıqda səni məhv edirlər”.


OXŞAR XƏBƏRLƏR

Bakıda marşrut avtobusu qəza törətdi - VİDEO

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Ziya Bünyadov prospekində qeydə alınıb. ...

11 şəhidimizin şəxsiyyəti müəyyənləşməyib

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məh...

Daxili İşlər Nazirliyinin şəhid olan hərbçiləri - ADLAR + FOTOLAR

Xəbər verdiyimiz kimi, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.   Şəhid ol...

Antiterror əməliyyatlarında şəhid olmuş hərbçilərin SİYAHISI - ADLAR + FOTO

Müdafiə Nazirliyi antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb.   Sfera.az Nazirliyə istinadən xəbər verir ki, 19...

“Ukrayna ikiyə bölünür, bu ərazilər Rusiyada qalacaq” – Ehtimal edilən GİZLİ RAZILAŞMANIN detalları

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələr vermədiyini deyib.   “Ukrayna təlim keçməmiş,...

Antiterror tədbirlərində şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

Antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirli...