Ağdama güclü dolu yağdı - Ciddi fəsadlar var

Ağdama güclü dolu yağdı - Ciddi fəsadlar var

"Mayın 23-də axşamüstü Ağdam rayonuna yağan güclü dolu Qaradağlı, Əfətli, Zəngişalı, Çəmənli və Qərvənd inzibati ərazi dairələrinin kəndlərində bir sıra fəsadlar törədib".

Sfera.az bildirir ki, bu haqda rayon fövqəladə hallar komissiyasının sədri Zülfü Qasımov AZƏRTAC-a məlumat verib. O deyib ki, dolu düşən ərazilərdə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasında təsərrüfatlara dəyən ziyan müəyyənləşdirilir.

Mayın 23-ü gündüz saatlarında Şəmkir və Daşkəsən rayonlarında isə güclü qasırğa baş verdiyi bildirilirdi. Qasırğanın bir sıra tikililərin dam örtüyünü uçurduğu, Bakı-Qazax magistral yolunun kənarındakı irigövdəli ağacları aşırdığı qeyd edilirdi.

Nəticədə Daşkəsən rayon mərkəzinin yarısında işıqların söndüyü deyilirdi.


OXŞAR XƏBƏRLƏR

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...