Gündə neçə saat yuxu vacibdir? – Tanınmış həkimin tövsiyələri

Gündə neçə saat yuxu vacibdir? – Tanınmış həkimin tövsiyələri
18-60 yaş arası insanların hər gecə ən az 7 saat yatması lazımdır. Yeddi saatdan az yatan insanlarda uzun müddətdə piylənmə, ürək xəstəlikləri, insult, depressiya və diabet kimi sağlamlıq problemləri yarana bilər.
 
Sfera.az xəbər verir ki, Türkiyənin təcrübəli həkimlərindən olan Halit Yerebakan "Sabah"dakı köşə yazısında qeyri-kafi yuxunun orqanizmə təsirlərindən bəhs edib.

Həkim qeyd edib ki, düzgün yuxu miqdarı yaşa görə dəyişir: "0-3 aylıq körpələrin gündə 14-17 saat yuxuya ehtiyacı var. 4-12 aylıq körpələr üçün kafi sayılan yuxu müddəti gündüz yuxusu ilə 12-16 saat arasındadır. 1-2 yaş qrupu üçün 11-14 saat, 3-5 yaş qrupu üçün 10-13 saat, 6-12 yaş qrupu üçün 9-12 saat yuxu kifayətdir.

Yeniyetməlik dövründə, yəni 13-18 yaş arasında, 8-10 saat yuxuya ehtiyacı var. Yetkinlik dövründə, yəni 18-60 yaş aralığında isə ən az 7 saat yatmaq lazımdır. Əgər 7 saat yuxunun sizi dincəlmədiyini düşünürsünüzsə, yuxu vaxtınıza 1-2 saatdan çox əlavə edə bilərsiniz. 60 yaşdan yuxarı böyüklər üçün ideal yuxu müddəti 7 ilə 9 saat arasındadır”.

Həkim hesab edir ki, hər gecə ən azı 7 saat yatırsınızsa, doğru yoldasınız: "Hər zaman eyni miqdarda yuxu almaq həmişə mümkün olmasa da, həftənin əksər gecələrində hədəfə çatsanız, bu, ümumi sağlamlığınıza müsbət təsir göstərəcəkdir”.

Halit Yerebakan 7 saatdan az yuxunun insan orqanizmində ciddi sağlıq problemləri yarada biləcəyini də vurğulayıb: "Əgər müntəzəm olaraq 7 saatdan az yatırsınızsa, piylənmə, ürək xəstəliyi, insult, depressiya, çəki artımı və diabet kimi müəyyən sağlamlıq problemləri riskiniz arta bilər. Bundan əlavə, yuxusuzluğun daha çox qəza riski, ağrıların artması, immunitet funksiyasının və performansının zəifləməsi və diqqətin yayınması qaçınılmazdır”.

Həkim rahat yuxuya getməyin yollarını da açıqlayıb: "Yuxuya getməyinizi çətinləşdirən faktoru müəyyən etməlisiniz. Yatağa çox yaxın kofein, spirt və ya müəyyən qidaların qəbulu yuxuya getmə qabiliyyətinizə təsir edə bilər. Yatmazdan əvvəl ekrana baxmaq və ya müəyyən dərman qəbul etmək də sizi oyaq saxlaya bilər. Əgər belə vərdişləriniz varsa, onları etmədən bir müddət yatın, fərqi görəcəksiniz.

Yuxuya getməyi asanlaşdırmaq üçün yaxşı yuxu vərdişləri edin. Yatmazdan əvvəl sakitləşdirici musiqi dinləyin və ya kitab oxuyun. Yataq otağınızın sakit, rahat və qaranlıq olduğundan əmin olun. Həmçinin hər gün eyni vaxtda yatıb oyanmağı vərdiş halına salın. Gün ərzində idman etmək, stressdən qaçmaq, elektron cihazları yataq otağından çıxarmaq da yuxuya getməyi asanlaşdırır. Əgər ayda 1-2 dəfə yuxudan oyanırsınızsa, bu, çox güman ki, böyük bir şey deyil. Ancaq demək olar ki, hər gecə yuxudan oyanırsınızsa, bu, yuxu keyfiyyətinizə təsir edən bir vəziyyətlə qarşılaşdığınızın göstəricisidir.

Rahat yuxuya getmək üçün yatmazdan 1-2 saat əvvəl elektron cihazlardan, o cümlədən telefondan uzaq olmaq lazımdır. Telefonlar və kompüterlər kimi cihazların yaydığı mavi işıq gün ərzində diqqətinizi və reaksiya müddətinizi artıra bilər, lakin yatmağa çox yaxın ekrana baxmaq yuxu rejiminizə zərər verə bilər”.

Vasif
 

OXŞAR XƏBƏRLƏR