Gündə 5 saatdan az yatanlarda bu xəstəliklər yaranır

Gündə 5 saatdan az yatanlarda bu xəstəliklər yaranır
Gecə yuxusu zamanı orqanizm sitokin adlı xüsusi kimyəvi maddə ifraz edir. Bu maddə çoxsaylı virus və infeksiyaların immun sisteminə mənfi təsirinin qarşısını alır.

Bundan əlavə peyvənddən sonra orqanizmdə anticisimlərin yaranması yuxunun keyfiyyətindən asılıdır.

Son tədqiqatlara əsasən sutkada beş və daha az saat yatanlarda digərlərinə nisbətən piylənmə riski iki dəfə artıqdır. Buna səbəb xroniki yuxusuzluğun toxluq və aclığa cavabdeh hormonun ifrazının zəifləməsidir. Bu hormonun balansının pozulması daimi aclıq hissinə səbəb olur.

Xroniki yuxusuzluq ürək-damar xəstəlikləri riskini artırır, arterial təzyiqi yüksəldir. Mütəxəssislərin fikrincə beş saatdan az yatanların orqanizmləri qlükozanın transformasiyasını zəiflədir ki, bu da qanda şəkərin artmasına səbəb olur.

Yuxuda orqanizm dərinin elastikliyinə cavabdeh hormonlar ifraz edir. Bu hormonlar qırışların əmələ gəlməsində həlledici rol oynayır. Yaxşı yuxu dəri hüceyrələrinin bərpasını yaxşılaşdırır, sərbəst radikalların onlara mənfi təsirini azaldır.

Yuxusuzluq sümük kütləsinin formalaşmasına maneələr törədir. Bu fakt isə sümüklərin zədələnməsinə səbəb olan bir sıra xəstəliklər yarada bilir.

Yuxusuzluq orqanizmə yalnız fiziki zərər vermir, depressiyalara, psixi pozuntulara da səbəb olur. /medicina.az

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

Sabah bu rayonlarda QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Sabah Ucar, Zərdab, Beyləqan və Göyçay rayonlarının qaz təchizatında müvəqqəti yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft...

"Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq.   Sfera.az bildirir ki, alman şirkəti tender...

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...