\"Gündə 3-5 litr maye qəbul etməsəniz...\" - Həkimdən xəbərdarlıq

\
"İsti havalarda çoxlu maye qəbul etmək ən düzgün seçimdir”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Təcili yardım və qəbul şöbəsinin müdiri Cavanşir Məhərrəmov deyib.
Mütəxəssis bildirib ki, günəş şüalarının insan orqanizminə təsirini müsbət və mənfi olaraq iki yerə bölmək olar:

"Müsbət odur ki, müəyyən saatlarda (10:00-12:30) Günəş şüaları orqanizmdə D vitamininin əmələ gəlməsinə səbəb olur. Mənfi tərəfi isə, saat 13:00-17:00 aralığında günvurma ilə nəticələnə bilməsidir. Günvurmanın fəsadlarından danışarkən, təbii ki, hər fərdə uyğun olaraq orqanizmin öz xəstəlikləri də gözdən qaçırılmamalıdır. Məsələn, ürək-damar, dəri xəstəlikləri, orqanizmin hiperhəssaslıq reaksiyaları və s. Hiperhəssaslıq reaksiyaları anlayışını aydınlaşdırsaq, fotosensibilizasiya nəticəsində yerli damar reaksiyaları: qaşınma, dərinin qalınlaşması (ödem), səpkilər nəzərdə tutulur”.

C.Məhərrəmovun sözlərinə görə, yay aylarında Günəş şüaları altına çıxmaq üçün uyğun saatlar seçilməli və rejimlərə diqqət edilməlidir: 

"Baş geyimlərindən, zərərli şüaları zəiflədən eynəklərdən istifadə olunmalı, xaricdən açıq rəngli, daxildən isə tünd astarlı geyimlərə üstünlük verilməlidir. Eləcə də çimərlik sahələrində qoruyucu kremlərdən istifadə etmək, kölgəliklərdə daha çox olmaq lazımdır. Birbaşa Günəş şüalarının altında 30 dəqiqədən artıq olmaq, işləmək ciddi təhlükədir.

İsti havalarda qidalanmaya gəldikdə, xəmir xörəklərindən, düyü, ət və ət məhsullarından, mayonezdən maksimum az istifadə olunmalıdır. Əvəzində isə bitki yağlarında bişirilmiş və həzmə rahat gedən, əsasən də qaynadılmış qidalar yeməliyik. Birbaşa Günəş şüalarının təsirinə məruz qalmış, həmçinin vaxtı keçmiş qida və içkiləri istifadə etmək olmaz. Yay aylarında gün ərzində normal çəkili insanın 3-5 litr maye qəbul etməsi, su, süd, ayran, limonad, soyuq bitki çayları, az şəkərli kompotlar, yeni sıxılmış meyvə şirələri kimi içkilərə üstünlük verilməsi məsləhətdir”. 

Risk qrupuna daxil olan insanlara günəşli havalarda tez-tez ilıq su ilə duş qəbul etməyi də məsləhət görən həkim bildirib ki, bütün bunlara baxmayaraq, kimdəsə ciddi narahatlıq hiss olunarsa, dərhal Təcili Tibbi Yardıma müraciət edilməlidir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...