“Gündə 2 litrdən çox su içmək düzgün deyil” – Məşhur dietoloqdan tövsiyə

“Gündə 2 litrdən çox su içmək düzgün deyil” – Məşhur dietoloqdan tövsiyə
Rusiyanın tanınmış dietoloqlarından olan Yuliya Çexonina əmək qabiliyyətli bir insanın gündə 2 litr su içməli olduğu fikrinin elmi təsdiqini tapmadığını bildirib. 

Sfera.az saytı "Lenta.ru”ya istinadən xəbər verir ki, Çexonina "Beşinci Kanal”la söhbətində əmək qabiliyyətli bir insanın gündə iki litr su içməsinin yox, iki litr maye istehlak etməsinin vacib olduğunu söyləyib. 

Mütəxəssis qeyd edib ki, maye bir çox qida məhsullarının tərkibində olur: 

"Biz qidalar vasitəsilə gündə 800 mililitrədək su alırıq. Bundan başqa, bədənimizdə daha 400 mililitr maye əmələ gəlir. Buna endogen maye deyilir”.

Dietoloq vurğulayıb ki, insana lazım olan mayenin dəqiq miqdarı normal bədən çəkisinin hər kiloqramı üçün hesablanır. Yəni, əvvəlcə insanın fizioloji parametrlərinə əsasən onun üçün hansı kütlənin normal sayıla biləcəyini öyrənmək lazımdır. Çexonina hesab edir ki, bir şəxs artıq çəki ilə mübarizə aparırsa, o, əlavə maye qəbul etməməlidir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR