\"Günay Bank\"dan 14 milyonluq zərərə POETİK AÇIQLAMA

\
Sfera.az xəbər verir ki, 25 fevral tarixində Valyuta.Az saytında yayımlanan "Günay Bank”ın 29 illik fəaliyyətinin nəticəsi - 14 milyon manat zərər" xəbərinə adıçəkilən bankdan reaksiya verilib.

Maraqlıdır ki, tanmamilə bankın açıqladığı hesabatlar əsasında hazırlanmış, statistik göstəricilərdən ibarət xəbəri bank "əsassız məlumatlar" adlandırmış və heç bir əks rəqəm, alternativ hesablama və ya dəlil ortaya qoymamışdır.

Qurumun yaydığı açıqlama nə dərc edilən xəbərə, nə də bankın fəaliyyət sahəsinə adekvat deyil. Öncə həmin açıqlamaya diqqət edək (Sual doğuran hissələrə əlavə bizimdir- red.):

"Günay Bank” ASC son həftə ərzinfə bir neçə Kütləvi İnformasiya Vasitələri səhifələrində Bankın fəaliyyəti ilə bağlı təqdim olunan əsassız məlumatlara (?) cavab olaraq açıqlama təqdim etməyi zəruri bilmişdir.

Belə ki, məlumatlarda qeyd olunan göstəricilərin əksəriyyəti Bankın ictimaiyyətə təqdim etdiyi rəsmi hesabatlarla ziddiyyət (?) təşkil edir.

"Günay Bank” ASC-nin ötən ilin əvvəlindən bugünə qədər davam edən pandemiya, həmçinin il ərzində yaranmış digər ciddi vəziyyətlərin iqtisadi durumla bağlı yaratdığı çətinliklərə baxmayaraq milli və dövlət maraqlarımıza dəstək olan ianələrdən geri qalmadığı, bank öhdəliklərində heç bir axsaqlığın olmadığı, həm müştəri, həm də işçi kollektivinin bütövlüyünü qoruduğu ictimaiyyətimizə məlumdur (?).

Odur ki, "Günay Bank " ASC bütün KİV-ləri əsası olmayan məlumatların (?)  paylaşılmasına dəstək olmamağa və Bank barədə istənilən məlumatı Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən dəqiqləşdirilərək (?) yaymağa çağırır".

Gördüyünüz kimi, bankın açıqlaması çox poetikdir. Çünki yaydığımız xəbərdə və təqdim etdiyimiz cədvəldə Bankın 14 milyon manat civarında yığılmış zərəri olduğu bildirilib. Bu, "Günay Bank” ASC-nin 2019-cu ilin sonuna olan illik hesabatında bankın öz və beynəlxalq audit hesablamasından sonra açıqladığı göstəricilərdir. Bundan başqa bankın 2020-ci ilin 4-cü rübündə 408 min manat xalis mənfəət əldə etdiyini, bu mənfəətin 13 milyon 682 min manatlıq zərəri qısa müddətdə müsbətə çıxmayacağı məlumdur. Rəqəmlərin "Günay Bank”ın rəsmi saytından əldə etsək də, bank bunun ictimaiyyətə təqdim etdiyi rəsmi hesabatlarla ziddiyyət təşkil etdiyini bəyan edib. Aşağıdakı şəkildə bankın rəsmi hesabatında olan yığılmış zərəri görə bilərik. Bu sənədi bankın İdarə Heyətinin sədri Baratəli Piriyev və Maliyyə Departamentinin direktoru Hikmət Nəzirov imzalayıb və sonda bankın möhürü ilə təsdiqləyiblər.  Yəni, bankın yığılmış zərərini adıçəkilən şəxslər öz imzaları ilə təsdiq ediblər.
 
Hörmətli, "Günay Bank" bu məlumatlardan hansını "əsassız" adlandırır? Əvəzində milli və dövlət maraqlarımıza dəstək olan ianələr etməsindən bəhs edir. Buna görə, Banka, vətəndaşlıq borcunu unutmayan Bank rəhbərliyinə təşəkkür edirik! Amma bunun yazılan xəbərə nə kimi bir aidiyyatı var?

2020-ci ilin sonunda "Günay Bank”ın  bölüşdürülməmiş mənfəətinin  -2 milyon 60 min manat (-2.060,66 manat) olduğunu, buna baxmayaraq 408 min manatdan az xalis mənfəət əldə etdiyini bildirsək də bank buna cavab verməkdən boyun qaçırıb. "Günay Bank”ın yazılmış hesabatı (rəqəmləri) təkzi etməsi bankın Audit Komitəsinin sədri İlham Budaqovun işini təkzib etməkdən başqa bir şey deyil.

Bankı məlumatların təkzib açıqlamasını geniş və izahlı formada təqdim etməsini və bu təqdimatın şəffaf və əsaslı olmasını tövsiyyə edirik. Yazıda qeyd olunan rəqəmlərin hər biri bankın rəsmi internet saytına (hesabatına) istinadən xəbər verilib.


OXŞAR XƏBƏRLƏR

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və ...