Günay Bank “Dövriyyə çox, komissiya yox” layihəsinə start verdi

Günay Bank “Dövriyyə çox, komissiya yox” layihəsinə start verdi
 

"Günay Bank” ASC 12 fevral 2020-ci il  tarixindən etibarən Bankın POS-terminal xidmətinin depozit məbləğini 50% endirərək 250 manat edib.  

 

Bankdan Sfera.az-a daxil olmuş məlumata görə, artıq müştərilər pos-terminal vasitəsi ilə dövriyyələrini artıraraq sərfəli güzəştlər əldə edəcəklər.

 

Belə ki, aylıq 1000 manatdan çox dövriyyəsi olan istifadəçilərdən xidmət haqqı alınmayacaqdır.

 

"Günay Bank” ASC  1992-ci ildən maliyyə bazarındadır və korporativ bankçılıq istiqamətində daim müştərilərinə güzəştli xidmətlər göstərməyə davam etməkdədir.


OXŞAR XƏBƏRLƏR