Güləşçimiz ermənini 51 saniyəyə diz çökdürdü - VİDEO

Güləşçimiz ermənini 51 saniyəyə diz çökdürdü - VİDEO

 

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. 

Oxu.Az xəbər verir ki, yarışların ikinci günündə yığmamızın daha 2 üzvü Olimpiya vəsiqəsi uğrunda mübarizəyə qatılıb. 

Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burca, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib.

Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. 

Qeyd edək ki, Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır. 



OXŞAR XƏBƏRLƏR