Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı - Foto
Cəmiyyət
10:28 / 20.02.2020
1940
Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədovanın oğlu 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz "Glock-19" markalı tapança gəzdirdiyinə görə həbs edilib.
Sfera.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, T.Əhmədov odlu silah və motosiklet həvəskarı imiş.
Onun silahla görüntüsünü də yayılıb. Ehtimal edilir ki, bu görüntüdən sonra T.Əhmədov odlu silah gəzdirdirdiyinə dair şübhələr yaranıb.