Gülər Əhmədova İsa peyğəmbərdən sitat gətirdi, ölmək istədiyini dedi - ŞOK AÇIQLAMA

Gülər Əhmədova İsa peyğəmbərdən sitat gətirdi, ölmək istədiyini dedi - ŞOK AÇIQLAMA
Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş sabiq deputatı Gülər Əhmədova sükutu pozaraq, gündəm yaradacaq açıqlamalar verib.

Sfera.az xəbər verir ki, o, Demokrat.az-a göndərdiyi açıqlamasında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmamasına görə də şikayətlənib.

Gülər Əhmədovanın sözügedən fikirlərini təqdim edirik:"Gərək verərdilər. Əziyyətim, işim, nəticələrim var. Düzdür, amma yəqin ki, cəsarəti olan kimsə olmalıdır ki, bunları yada salsın. Siyasətdə isə çox nadir hallarda kimsə kiminsə sözünü deyir, haqqını müdafiə edir. Kimsə müdafiə etsə, məsələn məni, məni gözü götürməyənin biri həmin adama deyəcək ki, "sənin nə marağın var?" Klassik bizim yanaşma. Yəni ki, kiminsə maddi xeyri yoxsa danışmaz. 

Uzun sözün qısası, dövlətçilik düşüncəsi olan biri lazımdır ki, bu cəsarətdə bulunsun. Məsələn, mən edərdim. Yəqin elə ona görə də çıxdaş oldum. Çox təvazökar olmuşam. Bu gün ənənəni pozuram və açıq şəkildə deyirəm ki, Çanaqqalada Azərbaycan şəhidlərinə xatirə lövhəsi qoyan, İğdırda erməni dili fakültəsini qapadılmasına nail olan mən Gülər Əhmədova unudulmasından üzülür, əzab çəkir, küsür, inciyir, hətta ölmək belə istəyir. Həqiqət budur. 

Əhməd Ağaoğlu Zərdabinin tabutuna: "ey, müqəddəs ruh, ora gedəndə babalarımızdan soruş ki, bu nə məmləkətdir ki, bizə qoyub getdilər?" İndi mən də düşünürəm ki, bəlkə bu dərdlər, sıxıntılar bizi tez o tərəfə aparsın ki, o tərəfdə sualıma cavab tapım. 

Deyim ki, məşhur bir lətifə var. Bir gün bir kişi dəvəsindən halallıq istəyir. Dəvə də deyir ki, hər şeyi halal edirəm, amma bir gün məni tövlədə eşşəyin quyruğuna bağladın, bax onu halal etmirəm. İndi mən də başıma gətirilən hər şeyi, o dövrdə oynanılan oyunları nəzərə alıb dövlətimə halal edirəm. Mətbuatda qüruruma sığışdırıb demədiyim dərdləri də halal edirəm. Amma 7 il keçdi, bəlkə artıq məni Elşad Abdullayevin quyruğundan açasınız, tüpürcüəklərinizi siləsiniz, "səni görmürük müamiləsi yapmayasınız". 

Axı bu mənəm - heç vaxt şəxsi maraqlarını üstün tutmayan qadın, sıralarınızda olan, nə sözünə, nə əqidəsinə dönük çıxmayan artıq 54 yaşlı Gülər Əhmədova. Ana, nənə, bacı, xala, bibi, yaxşı və güvənilən dost. Sizə əziyyət vermirəm, özüm deyirəm: bu dövlətdən aldığım cəza belə başıma tacdır. Siz də bir şey deyin, susmayın. Deyin ki, Ulu öndərimiz Heydər Əliyev "mövqeyinizi bildirin" demiş. Bir xahişim də var. Kimsə məni yarğılamaq arzusunda olsa, bir gün dözsün, öz vicdanına qulaq assın. 

İsa Peyğəmbər demişkən "daşı o adam atsın ki, özü günahsızdır". Hamıya xoş günlər, vəfalı əqidədaşlar arzulayıram. Həyatınız gözəl olsun, balalarınızın xeyrini görəsiniz!”. 

OXŞAR XƏBƏRLƏR

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...