Gülay ölən atasından danışıb, ağladı

Gülay ölən atasından danışıb, ağladı

Müğənni Gülay Zeynallı "Şou ATV" verilişinin qonağı olub.

Sfera.az axşam.az-a istinadən bildirir ki, sənətçi dünyasını dəyişən atasından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Valideynə sağlığında qiymət vermək lazımdır. Anamla atam ayrılmışdı. Bəzi valideynlər kimi mənim anam bizi atamıza qarşı etməyib. Hər zaman deyirdi, danışın, əlaqə saxlayın. Bacılarım tez-tez danışırdı, mən gec-gec yığırdım. Bizi babam böyüdüb. O, dünyasını dəyişəndə, fikirləşdim ki, dünyada bundan ağır itki olmaz" (ağlayır).

Amma atam dünyasını dəyişəndə, gördüm çox ağır imiş. Son günlərində övlad borcumu yerinə yetirdim. Bəzən bacılarımın problemlərindən yoruluram, özlərinə demirəm, üstümə ağır yük düşür.

Valideyn kimi heç kim səni sevə bilməz. Atam Göyçayda qalırdı, gedib gətirdim, xəstəxanaya yerləşdirdim, bacardığımı etdim. Onun 6 bacısı var, dəyərli insanlardır. Vaxtımız olmadı onunla danışmağa.

Bu yaxınlarda Göyçayda toyda idim. Bir oxuyan oğlan yaxınlaşdı ki, atanız hər dəfə toya gələndə məni çağırırdı, deyirdi, Gülay mənim qızımdır, onun mahnısını oxu. Gəlib fikirləşdim ki, demək, atam mənimlə fəxr edirmiş".



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...