\"Gülalıyevin müalicəsinə pul yığılmadı, biz bu qədər acizik?\" - Bloqqer Mehman

\
 

"Biz bu qədər aciz qalmışıq? Biz bu qədərmi zəifləmişik? Oqtay bəy bir hüquq müdafiəçisi kimi həmişə öz işinin öhdəsindən gəlib, əlindən gələni edib. Amma Oqtay bəy bir neçə gündü ağır vəziyyətdə xəstəxanada yatır və bu günlər onun müalicəsi üçün nəzərdə tutulan məbləği toplamaq üçün çətinliklər olub”.

Sfera.az xəbər verir ki, bunu bloqqer Mehman Hüseynov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı bir çox şəxs dəstək üçün ictimaiyyətə səslənib: "Çox təəssüf edirəm ki, biz Oqtay bəy üçün nəzərdə tutulan məbləği yığa bilmədik. Mən bilmirəm niyə bu yardım yığılmadı. Bu qədərmi çətin oldu bir dostumuzun müalicəsinə kömək etmək? Yəni bir adam sağlığında öz həyatını riskə qoyub iş görür, mübarizə aparır. Amma çətin duruma düşəndə biz heç nə edə bilmirik?

Biz bu vəziyyətdə nə etməliyik? Necə etməliyik? Kimə sığınmalıyıq?”


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...