“Gücümüz birliyimizdədir...” – Millət vəkilindən yardım kampaniyası

“Gücümüz birliyimizdədir...” – Millət vəkilindən yardım kampaniyası

Millət vəkili Elnur Allahverdiyev koronavirus epidemiyasının tüğyan etdiyi ağır günlərdə aztəminatlı və yaşı vətəndaşlara ediləcək yarım kampaniyası haqda məlumat verib.

 

 

Sfera.az xəbər verir ki, millət vəkili bu haqda özünün sosial şəbəkə hesabında paylaşım edib:


"Aprelin 6-dan etibarən 17 saylı Yasamal üçüncü seçki dairəsinin sakinlərinə növbəti yardım kampaniyasına start verdik. Könüllülərimiz aztəminatlı və yaşlı sakinlərimizə baş çəkib onları gündəlik ərzaqla yanaşı steril maska, əlcək və spirtlə də təmin edəcəklər. Hədəfimiz 200 ünvandır.

Bacaracağıq!

Çünki gücümüz birliyimizdədir!”


OXŞAR XƏBƏRLƏR